İranda boks üzrə çempion barəsində edam hökmü çıxarılıb

İranda boks üzrə çempion barəsində edam hökmü çıxarılıb İranın boks üzrə çempionu Məhəmmədcavad Vəfai-Sani barəsində edam hökmü çıxarılıb
Fərdi
138
18 Yanvar , 2022 11:31
İranda boks üzrə çempion barəsində edam hökmü çıxarılıb

Boks üzrə İran çempionu Məhəmmədcavad Vəfai-Sani barəsində edam hökmü çıxarılıb.

“Report” xəbər verir ki, bu barədə məlumatı İranın İnsan hüquqları üzrə Norveçdə yerləşən qeyri-hökumət təşkilatı yayıb.

26 yaşlı idmançı 2019-cu ildə yanacağın qiymətinin bahalaşmasına etiraz aksiyalarında “hökumət binalarının yandırılmasında və dağıdılmasında iştirak etməkdə” ittiham olunub. O, 2020-ci ilin fevralında saxlanılıb.

Qeyd edək ki, 2020-ci ilin avqustunda güləş üzrə İran çempionatlarının qalibi və mükafatçısı Nəvid Əfkari barəsində İslam Respublikasının məhkəməsi 2 dəfə ölüm hökmü çıxarıb. Məhkəmənin qərarına əsasən, 6 ay azadlıqdan məhrum edilimiş Əfkariyə qarşı 74 şallaq cəzası da kəsilib. Onun ikinci qardaşı Vahid Əfkari isə 54,5 il müdətinə azadlıqdan məhrum edilib, 74 şallaqla cəzalandırılıb. Üçüncü qardaş Həbib Əfkariyə isə 27 il 3 ay iş və 54 şallaq cəzası kəsilib.

Nəvid Əfkari ona qarşı irəli sürülən ittihamları qəbul etməyib. O göndərdiyi məktubda işgəncəyə məruz qaldığını, istintaq zamanı təcridxana əməkdaşlarının onu sellofan torba ilə boğduqlarını və boğazına alkoqollu spirt tökdüklərini bildirmişdi.

Məlumata görə, edam hökmlərinin icrasına görə İran Çindən geri qalır.

Son xəbərlər

Orphus sistemi