IOC prezidenti: "Yaponiya xalqının olimpiadaya münasibəti yaxşılaşıb"

IOC prezidenti: "Yaponiya xalqının olimpiadaya münasibəti yaxşılaşıb" "Yerli idmançılarının olimpiadada iştirakı Yaponiya xalqının yarışa münasibətini yaxşılaşdırıb".
Fərdi
783
30 İyul , 2021 19:14
IOC prezidenti: Yaponiya xalqının olimpiadaya münasibəti yaxşılaşıb
Tomas Bax

"Yerli idmançılarının olimpiadada iştirakı Yaponiya xalqının yarışa münasibətini yaxşılaşdırıb".

"Report"un məlumatına görə, bunu Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti Tomas Bax "Kyodo agentliyinə müsahibəsində deyib.

Almaniyalı funksioner bildirib ki, Oyunların yayım reytinqləri də bunu sübut edir: "Bunlar yerli əhalinin yarışa böyük maraq göstərməsinin nəticəsidir".

Bax koronavirusun yayılmasına qarşı görülən tədbirlər və iştirakçıların vaksinasiyası üçün beynəlxalq səylərdən tamamilə məmnun olduğunu söyləyib.

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunları avqsutun 8-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi