Yuxarı

Beynəlxalq Olimpiya Komitəsi Soçi-2014-dəki payını Rusiyaya hədiyyə edib

Bu barədə İOC-un prezidenti məlumat verib

Bakı. 20 aprel. REPORT.AZ/ Beynəlxalq Olimpiya Komitəsi (İOC) 2014-cü il Soçi Qış Olimpiya Oyunlarından öz payına düşən gəlirdən imtina edib. "Report"un məlumatına görə, bu barədə İOC-un prezidenti Tomas Bax Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı deyib.

Komitə rəsmisi həmin məbləğin Rusiya Olimpiya Komitəsinin hesabına köçürüləcəyini bildirib: "Soçi-2014 yalnız təşkilati baxımdan müvəffəqiyyət qazandırmadı, həm də iqtisadi dividend gətirdi. İOC öz payından imtina edərək onu Rusiyaya verir. Çünki bu pullar Rusiya idmanına fayda verəcək".

V.Putin isə öz növbəsində T.Baxla Rusiyada Olimpiya irsinin və universitetinin inkişaf məsələlərini və İOC-la birgə fəaliyyətin mümkünlüyünü müzakirə etdiklərini söyləyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi