IOC Əfqanıstandakı idmançılara humanitar viza almaqda kömək edəcək

IOC Əfqanıstandakı idmançılara humanitar viza almaqda kömək edəcək Beynəlxalq Olimpiya Komitəsi (IOC) Əfqanıstan idmançılarına ölkəni tərk etmələri üçün humanitar viza almaqda köməklik edəcək.
Fərdi
9 Sentyabr , 2021 09:49
IOC Əfqanıstandakı idmançılara humanitar viza almaqda kömək edəcək

Beynəlxalq Olimpiya Komitəsi (IOC) Əfqanıstan idmançılarına ölkəni tərk etmələri üçün humanitar viza almaqda köməklik edəcək.

"Report"un məlumatına görə, bu barədə IOC-un prezidenti Tomas Bax jurnalistlərə açıqlamasında bildirib.

O, Əfqanıstandakı olimpiya ictimaiyyətinə dəstək olacaqlarını söyləyib: "Onlara ölkəni tərk etmələrinə imkan verəcək humanitar vizaların alınmasında köməklik göstərəcəyik. Hazırkı siyasi vəziyyətlə bağlı çətin durumda olan qadın və qızlara xüsusi diqqət ayrılacaq".

Qeyd edək ki, "Taliban" qruplaşması Əfqanıstanda qadınlara idmanla məşğul olmağı qadağan edib.

Son xəbərlər

Orphus sistemi