Erməni ağırlıqqaldıran dopinqə görə cəzalandırıldı

Erməni ağırlıqqaldıran dopinqə görə cəzalandırıldı Beynəlxalq Olimpiya Komitəsi (IOC) dopinq testlərini yenidən yoxladıqdan sonra Rumıniyanın 3 ağırlıqqaldıranının 2012-ci il London Yay Olimpiadasındakı nəticəsini ləğv edib.
Fərdi
25 Noyabr , 2020 16:40
Erməni ağırlıqqaldıran dopinqə görə cəzalandırıldı
Qabriel Sinkrayan

Beynəlxalq Olimpiya Komitəsi (IOC) dopinq testlərini yenidən yoxladıqdan sonra Rumıniyanın 3 ağırlıqqaldıranının 2012-ci il London Yay Olimpiadasındakı nəticəsini ləğv edib.

"Report" IOC-un rəsmi saytına istinadən xəbər verir ki, idmançılar qanunsuz narkotik istifadə etdikləri üçün diskvalifikasiya edilib.

Londondakı yarışda kişilərin yarışında 69 kq çəki dərəcəsinin bürünc mükafatçısı Rezvan Martin, qadınların mübarizəsində eyni çəkidə gümüş medalçı Roksana Kokoş və əslən erməni Qabriel Sinkrayanın (85 kq) nəticələri ləğv edilib. Martin və Kokoşun medalları IOC-a qaytarılmalıdır. Beynəlxalq Ağırlıqqaldırma Federasiyası əlavə sanksiyalar da tətbiq edə bilər.

London olimpiadasında kişilər arasında 69 kq çəkidə Azərbaycanı təmsil etmiş ağırlıqqaldıranlardan Sərdar Həsənov 8-ci yeri tutub, Əfqan Bayramov isə nəticə əldə edə bilməyib. Martinin cəzalandırılmasından sonra Həsənov 7-ci pilləyə yüksəlib. Digər iki çəkidə isə Azərbaycan təmsilçisi olmayıb.

Qeyd edək ki, Rezvan Martin, habelə ikiqat Avropa çempionluğu (2011, 2012), Roksana Kokoş isə dünya çempionatlarında gümüş (2012) və bürünc (2010) medallar qazanıb.

Son xəbərlər

Orphus sistemi