US Openin qalibi ilk dəfə tay-breykdə müəyyənləşdi

US Openin qalibi ilk dəfə tay-breykdə müəyyənləşdi Tennis üzrə ABŞ Açıq çempionatında (US Open) kişilərin mübarizəsində qalib müəyyənləşib.
Fərdi
14 Sentyabr , 2020 10:21
US Openin qalibi ilk dəfə tay-breykdə müəyyənləşdi
Dominik Tim

Tennis üzrə ABŞ Açıq çempionatına (US Open) yekun vurulub.  

"Report"un məlumatına görə, Almaniya təmsilçisi Aleksandr Zverev finalda avstriyalı Dominik Timlə üz-üzə gəlib. 

Qarşılaşma avstriyalı idmançının qələbəsi ilə yekunlaşıb. İlk iki seti Zverev qalib başa vurub - 6:2, 6:4. Növbəti iki setdə qələbə qazanan Tim hesabı bərabərləşdirə bilib. Turnir tarixində ilk dəfə çempion beşinci setdəki tay-breykin nəticələri ilə bəlli olub. Burada isə Tim daha dəqiq oynayıb və rəqibini 8:6 hesabı ilə üstələyib. 

2016-cı ildən bəri ilk dəfə US Openi Novak Cokoviç, Rafael Nadal və ya Roje Federer yox, başqa tennisçi qazanıb. Son olaraq, 2016-cı ildə isveçrəli Sten Vavrinka bu uğura yiyələnib. 

Ötən il turnirin qalibi olan Nadal əlverişsiz epidemioloji vəziyyət səbəbindən ABŞ Açıq çempionatını buraxıb, Federer sağlıq durumu ilə əlaqədar 2021-ci ilədək yarışlarda iştirak etməyəcək. Cokoviç isə 4-cü turda topu hakimə vurduğu üçün diskvalifikasiya edilib. 

Qeyd edək ki, ABŞ Açıq çempionatında qadınların yarışında yaponiyalı Naomi Osaka finalda Belarus təmsilçisi Viktoriya Azarenkonu 2:1 hesabı ilə yenib. Turnirin mükafat fondu 53,4 milyon ABŞ dollarıdır. 

Son xəbərlər

Orphus sistemi