İkiqat olimpiya çempionu koronavirusdan vəfat edib

İkiqat olimpiya çempionu koronavirusdan vəfat edib Biatlon üzrə rusiyalı ikiqat olimpiya çempionu Anatoli Alyabyev 71 yaşında vəfat edib
Fərdi
11 Yanvar , 2022 16:50
İkiqat olimpiya çempionu koronavirusdan vəfat edib

Biatlon üzrə rusiyalı ikiqat olimpiya çempionu Anatoli Alyabyev 71 yaşında vəfat edib.

"Report" xəbər verir ki, veteran idmançının ölümünə koronavirus səbəb olub.

Ağ ciyərlərindəki xəstəlikdən əziyyət çəkən biatlonçu yeni il öncəsi infeksiyaya yoluxub. Reanimasiyaya yerləşdirilən titullu idmançının həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Anatoli Alyabyev 1980-ci ildə ABŞ-də keçirilmiş Qış Olimpiya Oyunlarında 20 km məsafəyə qaçışda və 4x7,5 km estafet yarışında qızıl medal qazanıb. O, həmçinin sprintdə 3-cü yeri tutub.

Son xəbərlər

Orphus sistemi