IJF Bakıdakı Böyük Dəbilqə ilə bağlı açıqlama yaydı

IJF Bakıdakı Böyük Dəbilqə ilə bağlı açıqlama yaydı Beynəlxalq Cüdo Federasiyası (IJF) may ayında Bakıda keçirilməsi planlaşdırılan Böyük Dəbilqə turniri ilə bağlı açıqlama yayıb.
Fərdi
4 Aprel , 2020 13:23
IJF Bakıdakı Böyük Dəbilqə ilə bağlı açıqlama yaydı

Beynəlxalq Cüdo Federasiyası (IJF) may ayında Bakıda keçirilməsi planlaşdırılan Böyük Dəbilqə turniri ilə bağlı açıqlama yayıb.

“Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, ən azı 30 iyuna kimi bütün yarışların təxirə salındığı qeyd olunub. Bu tarixin yenidən nəzərdən keçirilə biləcəyi də vurğulanıb.

IJF yarışların yeni təqvimi ilə bağlı məlumatın veriləcəyini də bildirib.

Qeyd edək ki, Böyük Dəbilqə Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterlidir. Yarış koronavirusa görə təxirə salınıb. Olimpiada 2021-ci il 23 iyul – 8 avqust tarixlərində olacaq. 

Son xəbərlər

Orphus sistemi