İdmançımız Qran-pridə bürünc medal qazandı

İdmançımız Qran-pridə bürünc medal qazandı Azərbaycan para-atleti Elvin Astanov Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Dubai 2021 World Para Athletics” Qran-Prisində bürünc medal qazanıb.
Fərdi
12 Fevral , 2021 22:51
İdmançımız Qran-pridə bürünc medal qazandı

Azərbaycan para-atleti Elvin Astanov Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Dubai 2021 World Para Athletics” Qran-Prisində bürünc medal qazanıb.

Milli Paralimpiya Komitəsindən "Report"a verilən məlumata görə, Astanov bu uğura F53 kateqoriyasında nüvə itələmə növündə imza atıb. O, 7.30 m nəticə göstətərək fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

Qeyd edək ki, bu gün digərpara-atlet Heydər Həmidli F57 kateqoriyasında nizə atma növündə qızıl medala sahib çıxıb.

Son xəbərlər

Orphus sistemi