Çingiz Hüseynzadə: "İdmançılarımız peyvəndləməyə növbəsiz cəlb oluna bilər"

Çingiz Hüseynzadə: "İdmançılarımız peyvəndləməyə növbəsiz cəlb oluna bilər" "Onların qanında artıq virusa qarşı antitel formalaşıb"
Fərdi
12 Mart , 2021 17:59
Çingiz Hüseynzadə: İdmançılarımız peyvəndləməyə növbəsiz cəlb oluna bilər
Çingiz Hüseynzadə

"Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançılara peyvənd vurulması zəruri deyil".

Bunu "Report"a açıqlamasında Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə deyib.

Onun sözlərinə görə, iştirakçı ölkələr qarşısında belə bir şərt qoyulmayıb. Hüsynzadə bildirib ki, idmançılar və nümayəndə heyətinin üzvləri peyvənd olunsalar belə, onlar yarış müddətində 4 gündən bir PZR test verməlidirlər: "Bizim hələ də Tokioya gedəcək idmançılarımızın tam siyahısı məlum deyil. Bundan başqa, lisenziya yarışlarında iştirak etməli olan idmançılarımızdan bəziləri bu müddət ərzində koronavirusa yoluxduqlarına görə beynəlxalq yarışlara da qatıla bilməyiblər. Onların qanında artıq virusa qarşı antitel formalaşıb".

MOK-un vitse-prezidenti qeyd edib ki, bütün göstəricilər nəzərə alınaraq, olimpiadada iştirak edəcək idmançılar arasında peyvəndlənmə prosesinə fərdi yanaşılacaq: "Çünki bu, fərdi məsələdir. Burada hər bir idmançıya individual yanaşma nümayiş etdirəcəyik. Xüsusi olaraq qeyd edim ki, lazım olacağı təqdirdə, biz bütün idmançılarımızı peyvənd etməyə qadirik və onlar növbə gözləmədən bu prosesə cəlb olunacaqlar".

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları 24 iyul - 9 avqust 2020-ci ildə keçirilməli idi. Lakin koronavirus pandemiyası ilə əlaqədar Oyunlar bu il 23 iyul - 8 avqusta təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi