Azərbaycanın tanınmış idmançıları Anım Günü ilə bağlı paylaşımlar ediblər

Azərbaycanın tanınmış idmançıları Anım Günü ilə bağlı paylaşımlar ediblər Azərbaycanın idman ictimaiyyəti 27 sentyabr - Anım Günü ilə əlaqədar müxtəlif paylaşımlar edib.
Fərdi
27 Sentyabr , 2021 10:55
Azərbaycanın tanınmış idmançıları Anım Günü ilə bağlı paylaşımlar ediblər

Azərbaycanın idman ictimaiyyəti 27 sentyabr - Anım günü ilə əlaqədar müxtəlif paylaşımlar edib.

"Report"un məlumatına görə, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, müxtəlif federasiyalar və idmançılar şəhidləri ehtiramla yad etdiklərini bildirblər.

Güləşçilər Hacı Əliyev, Mariya Stadnik, cüdoçu Rüstəm Orucov, karateçi Rafael Ağayev futbolçular Mahir Emreli, Ruslan Abışov, Ramil Şeydayev, milliləşdirilmişlərdən Şahruddin Məhəmmədəliyevlə Riçard Almeyda, Mert Çelik və şahmatçı Teymur Rəcəbov postlar paylaşıb.

Azərbaycan millisinin və "Qarabağ" klubunun futbolçusu Qara Qarayev Ağdam təmsilçisinin şəhid azarkeşi İbrahim İbrahimli və "Neftçi"nin şəhid fanatı mayor Rüfət Əsgərovun fotosunu yayımlayıb. "Zirə"də çıxış edən Rulsan Abışov paytaxt klubunun şəhid olmuş futbolçusu İlqar Burcəliyevin, həmçinin Rüfət Əsgərovun fotosunu paylaşıb.

Son xəbərlər

Orphus sistemi