İdman yerişi üzrə yeni dünya rekordu müəyyənləşdirildi

İdman yerişi üzrə yeni dünya rekordu müəyyənləşdirildi Qadın atlet Yan Tszyayuy 20 km məsafəyə idman yerişi üzrə dünya rekordu müəyyənləşdirib.
Fərdi
140
20 Mart , 2021 17:16
İdman yerişi üzrə yeni dünya rekordu müəyyənləşdirildi
Yan Tszyayuy

Qadın atlet Yan Tszyayuy 20 km məsafəyə idman yerişi üzrə dünya rekordu müəyyənləşdirib.

"Report"un "Xinxua" agentliyinə istinadən məlumatına görə, 25 yaşlı idmançı Xuanşanda keçirilmiş Çin çempionatında finişə 1 saat 23 dəqiqə 49 saniyəyə çatıb. Əvvəlki nailiyyət daha bir çinli Lüy Xuna (1:24.38) məxsus olub və 2015-ci ildə müəyyənləşdirilib.

Rusiyalı Yelena Laşmanova iki dəfə 2018 (1:23.39) və 2019-cu (1:24.31) illərdə əvvəlki dünya rekordunu keçib. Lakin hər iki halda rekord ratifikasiya olunmayıb.

Qeyd edək ki, Yan Tszyayuy 2017-ci ildə dünya çempionu olub.

Son xəbərlər

Orphus sistemi