İddiaçılar Turniri: Rəcəbov bu gün yenidən Firuzca ilə görüşəcək

İddiaçılar Turniri: Rəcəbov bu gün yenidən Firuzca ilə görüşəcək Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün VIII turun görüşünü keçirəcək.
Fərdi
26 İyun , 2022 10:18
İddiaçılar Turniri: Rəcəbov bu gün yenidən Firuzca ilə görüşəcək
Teymur Rəcəbov

Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün VIII turun görüşünü keçirəcək.

"Report"un məlumatına görə, 35 yaşlı qrossmeyster qara fiqurlarla Fransa təmsilçisi Alireza Firuzca ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.

Qeyd edək ki, Teymur Rəcəbov əvvəlki oyunlarında Alireza Firuzca (Fransa), Yan Nepomnyaşi (Rusiya), Yan-Kşiştof Duda (Polşa), Dinq Liren (Çin) və Rixard Rapport (Macarıstan) ilə heç-heçə edib, Hikaru Nakamura və Fabiano Karuanaya (hər ikisi ABŞ) isə uduzub. İlk dövrədən sonra Rəcəbov Firuzca ilə birlikdə hərəyə 2,5 xalla 7-8-ci yerləri bölüşür. Turnir cədvəlinə 5,5 xala malik Nepomnyaşi başçılıq edir.

Son xəbərlər

Orphus sistemi