Yuxarı

İtaliyalı akademik avarçəkəndən dopinq aşkarlanıb

Nikkolo Mornatinin olimpiadada iştirakı sual altına düşüb

Bakı. 30 aprel. REPORT.AZ/ İtaliyalı akademik avarçəkən Nikkolo Mornatidən götürülmüş dopinq-test müsbət nəticə verib. "Report"un "La Gazzetta dello Sport"a istinadən verdiyi məlumata görə, 36 yaşlı idmançıdan anastrozol aşkarlanıb.

Bu preparat digər qadağan olunmuş vasitələrin gizlədilməsi məqsədilə qəbul olunur.

Qeyd edək ki, Nikkolo Mornati dünya çempionatlarında 2 nəfərlik sükansız qayıqla 2000 metr məsafəyə yürüşlərdə üçqat gümüş mükafatçı olub. Onun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında iştirakı sual altına düşüb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi