İtaliyada daha bir idman yarışı koronavirusa görə təxirə salındı

İtaliyada daha bir idman yarışı koronavirusa görə təxirə salındı Aprelin 4-də Romada keçirilməsi planlaşdırılan Formula E üzrə İtaliya Qran-prisi təxirə salınıb.
Fərdi
6 Mart , 2020 19:35
İtaliyada daha bir idman yarışı koronavirusa görə təxirə salındı

Aprelin 4-də Romada keçirilməsi planlaşdırılan "Formula E" üzrə İtaliya Qran-prisi təxirə salınıb.

"Report" yarışın Mətbuat Xidmətinə istinadən xəbər verir ki, buna koronavirus epidemiyası səbəb olub. 

Təşkilatçılar Beynəlxalq Avtomobil Federasiyası (FIA) ilə birlikdə yarışın harada baş tutacağını nəzərdən keçirəcəklər.

Qeyd edək ki, FIA daha öncə "Formula 1" və "Formula E" üzrə Çin Qran-prisini də təxirə salıb.

Xatırladaq ki, İtaliyada koronavirusdan ölənlərin sayı 148 nəfərə çatıb. 

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 95 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 100 714-ə çatıb. Bunların 55 995 nəfəri sağalıb, 3 412 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

Son xəbərlər

Orphus sistemi