Bakı. 27 sentyabr. REPORT.AZ/ İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari futbol üzrə Çempionlar Liqasının II turu çərçivəsində "Qarabağ"la oyun üçün Bakıya gələn "Roma" klubunun azarkeşləri ilə görüşüb.
Səfirlikdən "Report"a verilən məlumata görə, görüş diplomatik korpusun binasında baş tutub. Görüşdə diplomat fanatlarla söhbət edib və onlarla xatirə şəkili çəkdirib. Sonda A.Massari hər iki komandaya uğurlar arzulayıb.
Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionda baş tutacaq matç saat 20:00-da başlayacaq.