İtaliya olimpiadada 3-cü qızıl medalını qazanıb

İtaliya olimpiadada 3-cü qızıl medalını qazanıb Bakı. 21 fevral. REPORT.AZ/ Cənubi Koreyanın Pxençxan şəhərindəki XXIII Qış Olimpiya Oyunlarında dağ xizəkçiliyinin sürətli eniş yarışında qadınların mübarizəsinə yekun vurulub.
Fərdi
21 Fevral , 2018 10:07
İtaliya olimpiadada 3-cü qızıl medalını qazanıb

Bakı. 21 fevral. REPORT.AZ/ Cənubi Koreyanın Pxençxan şəhərindəki XXIII Qış Olimpiya Oyunlarında dağ xizəkçiliyinin sürətli eniş yarışında qadınların mübarizəsinə yekun vurulub.

"Report"un məlumatına görə, italiyalı Sofiya Qoca 1 dəqiqə 39,22 saniyə nəticə ilə olimpiya çempionu olub. Norveçli Raqnhild Movinkel 1 dəqiqə 39,31 saniyə nəticə ilə gümüş, ABŞ təmsilçisi Lindsi Vonn isə 1 dəqiqə 39,69 saniyə göstərici ilə bürünc medal qazanıb.

Qeyd edək ki, Sofiya Qoca bu növdə qızıl medal qazanan ilk italiyalı xanım idmançıdır. O, hazırkı olimpiadada ölkəsinin aktivinə 3-cü qızıl medalı yazdırıb. İtaliyanın 2 gümüş və 4 bürünc medalı da var. 

Son xəbərlər

Orphus sistemi