İtaliya millisi Bakıdakı Avropa çempionatının təxirə salınmasını istədi

İtaliya millisi Bakıdakı Avropa çempionatının təxirə salınmasını istədi Martın 25-də Bakıda start götürəcək karate üzrə Avropa çempionatında İtaliya milli komandası iştirak etməyəcək.
Fərdi
13 Mart , 2020 10:31
İtaliya millisi Bakıdakı Avropa çempionatının təxirə salınmasını istədi

Martın 25-də Bakıda start götürəcək karate üzrə Avropa çempionatında İtaliya milli komandası iştirak etməyəcək.

"Report"un İtaliya Cüdo, Karate və Döyüş Sənəti Federasiyasının (FIJKAM) rəsmi saytına istinadən verdiyi məlumata görə, səbəb kimi koronavirus infeksiyası göstərilib. Bununla bağlı FIJKAM-ın prezidenti Domeniko Falkone Avropa və Ümumdünya Karate Federasiyasının prezidenti Antonio Espinoza müraciət ünvanlayıb. Falkone Espinozdan qitə çempionatını təxirə salmasını xahiş edib. O, analoji qərarları Beynəlxalq Cüdo Federasiyasının və Dünya Güləş Birliyinin də qəbul etdiyini xatırladıb.

Qeyd edək ki, Avropa çempionatı martın 29-dək davam etməlidir. 

Son xəbərlər

Orphus sistemi