Türkiyənin İstanbul şəhərində təşkil olunan IV Etnospor Mədəniyyət Festivalına yekun vurulub.
“Report” xəbər verir ki, 16 ölkənin qatıldığı tədbirdə Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsi və rəqs ansamblının 50 nəfərlik heyəti də iştirak edib. 4 gün ərzində tədbirləri Türkiyənin müxtəlif bölgələri ilə yanaşı, dünyanın bir sıra ölkələrindən gəlmiş ümumilikdə 1 milyondan artıq insan izləyib.
Prezident
“Bir millət, iki dövlət” şüarı altında təqdim olunan “Azərbaycan kəlağayısı və Qarabağ atları” adlı şou-kompozisiya Azərbaycan kəlağayısının ecazkar gözəlliyini, milli-mədəni sərvətlərdən sayılan və heyrətamiz xüsusiyyətləri ilə seçilən Qarabağ atlarının bənzərsizliyini ifadə etməklə, tamaşaçıların böyük marağına səbəb olub və xüsusi zövqlə izlənilib.
Tədbirin sonunda iştirakçılar xüsusi medallar və fərmanlarla təltif ediliblər. Azərbaycan təmsilçilərinə mükafatları Türkiyənin vitse-prezidenti Fuad Oqtay təqdim edib.


