İspaniyada 7 medal qazanan Azərbaycan cüdoçuları Bakıya qayıdıb

İspaniyada 7 medal qazanan Azərbaycan cüdoçuları Bakıya qayıdıb Yığma üzvləri komanda hesabında 1-ci olub
Fərdi
23 Fevral , 2017 09:19
İspaniyada 7 medal qazanan Azərbaycan cüdoçuları Bakıya qayıdıb

Bakı. 23 fevral. REPORT.AZ/ İspaniyanın Fuengirola şəhərində yeniyetmələr arasında Avropa kubokunda 7 medal qazanmış Azərbaycan cüdoçuları Bakıya qayıdıblar. 

"Report"un məlumatına görə, 4 qızıl, 2 gümüş və 1 bürünc medal qazanan və komanda hesabında 1-ci olan yığma üzvlərini Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər və bir qrup azarkeş qarşılayıb.

Qeyd edək ki, Avropa kubokunda Ayxan Tanrıverdiyev (55 kq), Vüsal İbrahimov (60 kq), Məhəmməd Abdullayev (90 kq) və Vüsalə Kərimova (40 kq) qızıl, Knyaz Mahmudlu (66 kq) və Adil Kərimli (90 kq) gümüş, Nazir Talıbov (50 kq) isə bürünc medal qazanıb.

Son xəbərlər

Orphus sistemi