İsmayıllıda cüdo üzrə region birinciliyinə yekun vurulub

İsmayıllıda cüdo üzrə region birinciliyinə yekun vurulub Şimal bölgəsindən olan yeniyetmə cüdoçular iki yaş qrupu üzrə medallar uğrunda yarışıblar
Fərdi
11 Oktyabr , 2017 09:47
İsmayıllıda cüdo üzrə region birinciliyinə yekun vurulub
Judo.az

Bakı. 11 oktyabr. REPORT.AZ/ İsmayıllıda Azərbaycan Cüdo Federasiyasının (ACF) dəstəyi ilə keçirilən region birinciliyinə yekun vurulub.

ACF-dən “Report”a verilən məlumata görə, Şimal bölgəsindən olan yeniyetmə cüdoçular iki yaş qrupu üzrə medallar uğrunda yarışıblar.

2001-2003-cü il təvəllüdlü yeniyetmələrin birinciliyində İsmayıllı cüdoçuları daha yaxşı nəticə göstərərək ümumi komanda hesabında 1-ci yeri tutublar. Qaliblərə ACF-nin diplomları, medallar və hədiyyələr verilib.

Qeyd edək ki, Şimal regionu üzrə birincilikdə Oğuz, Ağsu, İsmayıllı, Qəbələ, Qobustan və Şamaxı cüdoçuları mübarizə aparıblar. Yeniyetmə cüdoçuların zona yarışları Qubada davam etdiriləcək.

Son xəbərlər

Orphus sistemi