Nazir müavini: “Xaricdə təlim-məşq toplanışı keçirmək təhlükəlidir”

Nazir müavini: “Xaricdə təlim-məşq toplanışı keçirmək təhlükəlidir” Bakı. 30 yanvar. REPORT.AZ/ “Azərbaycan idmançıları xarici ölkələrdə təlim-məşq toplanışlarında açar fəndlərini gizlətməlidirlər. Ümumiyyətlə, müasir dövrdə başqa ölkədə hazırlıq keçmək təhlükəlidir”.
Fərdi
1142
30 Yanvar , 2019 17:04
Nazir müavini: “Xaricdə təlim-məşq toplanışı keçirmək təhlükəlidir”

Bakı. 30 yanvar. REPORT.AZ/ “Azərbaycan idmançıları xarici ölkələrdə təlim-məşq toplanışlarında açar fəndlərini gizlətməlidirlər. Ümumiyyətlə, müasir dövrdə başqa ölkədə hazırlıq keçmək təhlükəlidir”.

“Report” xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov deyib.

O bildirib ki, bəzi ölkələr məqsədli şəkildə ənənəvi idman növləri üzrə Azərbaycanı yığmalarını təlim-məşq toplanışlarına dəvət edirlər: “Çünki orada idmançılarımızla bağlı məlumat toplayır, fiziki, psixoloji durumlarını incələyirlər. Hətta gizlin şəkildə test götürə və ya dopinqə ilişdirə bilərlər. Bir neçə il öncə cüdoçumuz Nicat Şıxəlizadə Belarusda bu cür toplanışlardan birinin güdazına getdi və uzun müddət diskvalifikasiya olundu. Milli federasiyalar hamısı bir-birinə rəqibdir. Heç kim başqasına kömək etməyi düşünmür. Niyə məhz bizim üçün ənənəvi olan idman növü üzrə yığmalarımızı xaricdən toplanışlara çağırırlar? Məhz belə işlərdən ötrü. Bu məsələ ilə bağlı federasiyalarımızla da söhbət aparmaq istəyirik. İdmançılarımızın orqanizmi Azərbaycandakı iqlimə və qidaya uyğunlaşıb. Xaricə gedən kimi dəyişiklik, çəki artımı, gücün itirilməsi müşahidə edilir".

İ.İsmayılovun sözlərinə görə, Azərbaycan idmançıları döyüş taktikalarında yenilik etməldirlər: “Davamlı şəkildə eyni taktika ilə çıxış etmək olmaz. İndi hamı bir-birini izləyir və əks-fəndlər tətbiq edirlər. Bizdə ikiqat olimpiya çempionunun olmaması da bununla bağlıdır. Bir dəfə çempion olandan sonra rəqiblər detallı şəkildə analiz edirlər. Açar fəndləri harada gəldi tətbiq etmək olmaz. İdmançı toplanışa gedir, orada onu özündən çıxarırlar, bu da nəyi varsa, qoyur ortaya. Bu, düzgün deyil. Hər xırdalığa diqqət yetirmək lazımdır”.

Son xəbərlər

Orphus sistemi