İslamiadada Azərbaycanı təmsil edəcək futbol hakimlərinin adları açıqlanıb

İslamiadada Azərbaycanı təmsil edəcək futbol hakimlərinin adları açıqlanıb İslamiadada 4 referi və eyni sayda köməkçi hakim iş başında olacaq
Fərdi
26 Aprel , 2017 16:46
İslamiadada Azərbaycanı təmsil edəcək futbol hakimlərinin adları açıqlanıb

Bakı. 26 aprel. REPORT.AZ/ IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçiriləcək futbol yarışında Azərbaycanı təmsil edəcək hakimlərin adları açıqlanıb.

“Report”un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, İslamiadada 4 referi və eyni sayda köməkçi hakim iş başında olacaq.

Qarşılaşmalara Əliyar Ağayev, Rəhim Həsənov, Ömər Paşayev və Orxan Məmmədov referi, Zeynal Zeynalov, Yaşar Abbasov, Rza Məmmədov və Namiq Hüseynov köməkçi-hakimlər qismində təyinat alıblar. 

Qeyd edək ki, futbol yarışları 8 komandanın iştirakı ilə 8 - 21 mayda keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi