İslamiadada bilet satışından əldə olunan gəlirin məbləği açıqlanıb - ƏLAVƏ OLUNUB

İslamiadada bilet satışından əldə olunan gəlirin məbləği açıqlanıb - ƏLAVƏ OLUNUB Nazir: "Oyunları 59 ölkədən 360 min tamaşaçı izləyib
Fərdi
248
23 May , 2017 16:37
İslamiadada bilet satışından əldə olunan gəlirin məbləği açıqlanıb - ƏLAVƏ OLUNUB
Report.az

Bakı. 23 may. REPORT.AZ/ "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında alınan bilet sayı açıqlanıb. 

"Report"un məlumatına görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov bildirib.

O deyib ki, tam hesablama aparıldıqdan sonra dəqiq rəqəm müəyyənləşəcək: "Hələlik təqribən 2,5 -3 milyon manatlıq biletin alındığını söyləyə bilərəm. Oyunları isə 59 ölkədən 360 min tamaşaçı izləyib".

Nazir idmançılara veriləcək mükafat məbləğlərinə də aydınlıq gətirib: "Komandaların hər birinə 100 min, məşqçiyə isə 50 min manat veriləcək. Amma federasiyalar deyib ki, biz hər bir idmançıya özümüz də mükafat verəcəyik. "Bakı 2015" I Avropa Oyunlarında da eyni məbləğdə mükafat vermişdik. Amma o 100 minlə bu 100 min eyni deyil". 

Nazir bildirib ki, büdcədə açılış və bağlanışa 20 milyon dollar nəzərdə tutulub: "Lakin xərclər tam hesablanmayıb, ona görə bu barədə tam məlumat veriləcək". 

Son xəbərlər

Orphus sistemi