İslamiada: Stolüstü tennis üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb

İslamiada: Stolüstü tennis üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb Yığmanın heyətində 8 idmançı yer alacaq
Fərdi
134
2 May , 2017 13:11
İslamiada: Stolüstü tennis üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb

Bakı. 2 may. REPORT.AZBakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək stolüstü tennis üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb.

“Report”un yarışın rəsmi saytına istinadən verdiyi məlumata görə, yığmanın heyətində 8 idmançı yer alacaq.

Kişilərin mübarizəsində Azərbaycanı Vəzir Allahverdiyev, Xinhanq Yu, Xinyu Yanq və Çenxi Vanq təmsil edəcək. Qadınlarda isə Məryəm İmanova, Zinq Ninq, Xinqtai Çen və Miao Vanq iştirak edəcək.

Qeyd edək ki, İslamiada 12 – 22 mayda keçiriləcək. Stolüstü tennis üzrə yarışlar isə 17 – 22 mayda baş tutacaq.   

Son xəbərlər

Orphus sistemi