İslamiada: Cüdo üzrə Azərbaycan milli komandasının heyəti müəyyənləşib

İslamiada: Cüdo üzrə Azərbaycan milli komandasının heyəti müəyyənləşib Yığma İslamiadada 9 kişi və 10 qadın cüdoçu ilə təmsil olunacaq
Fərdi
4 May , 2017 16:08
İslamiada: Cüdo üzrə Azərbaycan milli komandasının heyəti müəyyənləşib

Bakı. 4 may. REPORT.AZ/ Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək cüdo üzrə Azərbaycan milli komandasının heyəti müəyyənləşib.

“Report” Azərbaycan Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yığma İslamiadada 9 kişi və 10 qadın cüdoçu ilə təmsil olunacaq.

Kişi cüdoçuların fərdi yarışlarında Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə, (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq) mübarizə aparacaq. Komanda yarışlarında isə Rüfət İsmayılov (81 kq) və Uşanqi Kokauri (+100 kq) digər cüdoçularla birgə yarışacaq.

Qadınların mübarizəsində Aişə Qurbanlı,Erdenebat Bazarraqça (hər ikisi 48 kq), Nəzakət Əzizova (52 kq), Kifayət Qasımova, Munxtsedev İçinxorlu (hər ikisi 57 kq), Xanım Hüseynova (63 kq) və İrina Kindzerska (+78 kq) tatami üzərinə çıxacaq. Daha üç cüdoçu - Purevsuren Buyanxişiq (52 kq), Gülsədəf Kərimova (63 kq) və Kristina Jukavets (70 kq) qadınların komanda yarışları üçün sifariş olunub.

Qeyd edək ki, cüdo yarışları mayın 13-dən 16-dək Heydər Əliyev adına Bakı İdman Sarayında keçiriləcək.

Son xəbərlər

Orphus sistemi