Bakı. 14 may.
"Report"un məlumatına görə, Azərbaycan yığması Türkiyə millisini 28:26 hesabı ilə məğlub edərək, İslamiadanın qızıl medallarını qazanıb. Qalib komandada ən çox - 8 qolu Alla Çernışkova vurub.
Qeyd edək ki, bürünc medalı Özbəkistan üzərində 41:25 hesabı ilə qalib gələn Kamerun yığması qazanıb.
*** 18:40
"Bakı 2017" IV İslam Həmrəylik Oyunları çərçivəsində keçirilən qadınlar arasında həndbol yarışda final oyununun ilk yarısı başa çatıb.
"Report"un məlumatına görə, Azərbaycan millisi fasiləyə 14:11 hesablı üstünlüklə çıxıb.