İslamiada: Futbol üzrə Azərbaycan yığması yarımfinala vəsiqə uğrunda görüşdə Mərakeşlə üz-üzə gələcək

İslamiada: Futbol üzrə Azərbaycan yığması yarımfinala vəsiqə uğrunda görüşdə Mərakeşlə üz-üzə gələcək İdman gimnastikası üzrə 10 yarış növündə medal qazanıla bilər
Fərdi
15 May , 2017 07:29
İslamiada: Futbol üzrə Azərbaycan yığması yarımfinala vəsiqə uğrunda görüşdə Mərakeşlə üz-üzə gələcək

Bakı. 15 may. REPORT.AZ/ "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında bu gün 10 növ üzrə mübarizə gedəcək. "Report"un məlumatına görə, bunlardan 6-da medal yeni dəstləri sahiblərini tapacaq. Azərbaycan təmsilçiləri ən çox medalı idman gimnastikasında qazana bilərlər. Cüdo (Komanda), atıcılıq, üzgüçülük, tennis və ağırlıqqaldırma növlərində də medal yarışları olacaq.

Eyni zamanda 4 boksçunun yarımfinala yüksələrək, ən azı bürünc medalı təmin etmə şansı var. Su polosunda Azərbaycan - Türkiyə qarşılaşması maraq doğuran oyunlardandır. Voleybol üzrə kişi və qadınlardan ibarət Azərbaycan milli komandalarının yer aldığı qruplarda da oyunlar keçiriləcək. Nəhayət, Azərbaycanın 23 yaşadək futbolçulardan ibarət yığma komandası yarımfinala vəsiqə uğrunda görüşdə Mərakeşlə üz-üzə gələcək. Bu matçda Yaşar Vahabzadənin baş məşqçi olduğu komandaya heç-heçə də kifayət edir.

15 may

Boks

12:00. 49 kq. 1/4 final. Rüfət Hüseynov - Omid Ahmadisafa (İran)

12:00. 56 kq. 1/4 final. Tayfur Əliyev - Tofik Kaşfi (Mərakeş)

18:00. 69 kq. 1/4 final. Tamerlan Abdullayev - Tulasimaram Tarumalinqam (Qətər)

18:00. +91 kq. 1/4 final. Məhəmmədrəsul Məcidov - Uosri Hafez (Misir)

Bakı Kristal Zalı-2


Futbol

B qrupu

12:30. Oman - Əlcəzair

AZAL Arena

12:30. Türkiyə - Fələstin

Bayıl stadionu

A qrupu

18:30. Kamerun - Səudiyyə Ərəbistanı

AZAL Arena

18:30. Mərakeş - Azərbaycan

Bayıl stadionu

İdman gimnastikası (12:00 - 13:45, 17:30 - 19:40)

Fərdi finallar

Kişilər

Sərbəst hərəkətlər: Murad Ağarzayev, Timur Bayramov

Paralel qollar: Timur Bayramov, Bençe Talas

Halqalar: Murad Ağarzayev, Bençe Talas

Dayaqla tullanma: Murad Ağarzayev

Dəstəli at: Bençe Talas, Murad Ağarzayev

Turnik: Bençe Talas, Murad Ağarzayev

Qadınlar

Dayaqla tullanma: Marina Nekrasova, Yuliya İnşina

Müxtəlif hündürlüklü qollar: Yuliya İnşina Yekaterina Tişkova

Sərbəst hərəkətlər: Yuliya İnşina, Yekaterina Tişkova

Gimnastika tiri: Marina Nekrasova, Yuliya İnşina

Milli Gimnastika Arenası

Cüdo (Komanda)

Kişilər

1/8 final. Azərbaycan (Elmar Qasımov, Hidayət Heydərov, Elxan Məmmədov, Məmmədəli Mehdiyev, Rüstəm Orucov, Orxan Səfərov, Nicat Şıxəlizadə) - Qırğızıstan

Qadınlar

Azərbaycan (Kifayət Qasımova, Xanım Hüseynova, İrina Kindzerska) rəqib hələ müəyyənləşməyib.

Heydər Əliyev adına Arena

Atıcılıq

Qadınlar

3 vəziyyətdə tüfənglə atəş. Təsnifat mərhələsi (Xəyalə Hüseynli)

Dairəvi stend. Təsnifat mərhələsi (Rigina Meftahətdinova, Püstəxanım Məlikova, Nurlanə Cəfərova)

Kişilər

50 metr tapança ilə atəş. Təsnifat mərhələsi (Rəsul Məmmədov, Rəhim Rəhimov, Ruslan Lunyov)

25 metr standart tapança. Təsnifat mərhələsi (Ruslan Lunyov)

Qarışıq komanda halında səngər stendi: Təsnifat mərhələsi (Əlimirzə Quliyev - Şəfəq Əmrahova və Əli Hüseynli - Aydan Camalova)

Bakı Atıcılıq Mərkəzi

Üzgüçülük

Kişilər

50 metr sərbəst: Təsnifat mərhələsi (Nikolay Trarov, Boris Kirillov)

100 metr brass: Təsnifat mərhələsi (Vəli İsrafilov, Dmitri Saley)

400 metr fərdi kompleks: Final (Maksim Şemberev)

100 metr arxa üstə: Final (Boris Kirillov, Raman Saley - ehtiyat)

Qadınlar

200 metr batterflyay (delfin): Final (Alsu Bayramova, İlahə Rəciyeva)

100 metr sərbəst: Final (Fatimə Alkərəmova)

1500 metr sərbəst: Final (Fatimə Alkərəmova)

Bakı Su İdmanı Mərkəzi

Tennis

Qadınlar

Türkiyə - Özbəkistan

Azərbaycan - Pakistan

Kişilər

Qətər - Özbəkistan

Türkiyə - Pakistan

Bakı Tennis Akademiyası

Voleybol

Kişilər

10:00. Türkiyə - Pakistan

Qadınlar

19:00. Türkiyə - Qırğızıstan

21:30. Qətər - Səudiyyə Ərəbistanı

Bakı Kristal Zalı-1

Su polosu

16:30. Səudiyyə Ərəbistanı - İndoneziya

18:00. Azərbaycan - Türkiyə

Su Polosu Arenası

Ağırlıqqaldırma

Qadınlar

63 kq: Firuzə İbrahimova, Elnurə Abbasova

69 kq: Fidan Hüseynzadə, Anastasiya İbrahimli

Ağır Atletika Arenası

Son xəbərlər

Orphus sistemi