Azərbaycan Prezidenti İlham Əliyev yarışların final görüşünə baxıb - FOTO - YENİLƏNİB-6

Azərbaycan Prezidenti İlham Əliyev yarışların final görüşünə baxıb - FOTO - YENİLƏNİB-6 Qalib idmançılara medalları dövlət başçısı təqdim edib
Fərdi
19 May , 2017 01:03
Azərbaycan Prezidenti İlham Əliyev yarışların final görüşünə baxıb - FOTO - YENİLƏNİB-6
Report.az

Bakı. 19 may. REPORT.AZ/ Mayın 18-də IV İslam Həmrəyliyi Oyunlarında yunan-Roma güləşi üzrə yarışlara yekun vurulub. Azərbaycan pəhləvanları Oyunları 4 qızıl, 1 gümüş və 3 bürünc medalla başa çatdırıblar.

"Report" xəbər verir ki, Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və ailə üzvləri yarışların final görüşlərinə baxıblar.

Heydər Əliyev adına İdman Arenasında keçirilən yunan-Roma güləşi yarışlarının ikinci günündə dörd çəki dərəcəsində qaliblər müəyyənləşib.

Qalib idmançılara medalları dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev təqdim edib.

Çempion idmançımızın şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, dövlət bayrağı qaldırılıb.

***20:17/18 may

Azərbaycan yunan-Roma güləşçiləri "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarını 4 qızıl, 1 gümüş, 3 bürünc medalla başa vurublar. "Report"un məlumatına görə, bu gün mübarizəyə qoşulan pəhləvanlar da fəxri kürsüyə yüksəlməyi bacarıblar. 

Onlar 3 qızıl, bürünc medal qazanıblar. Kamran Məmmədov (66 kq), Elvin Mürsəliyev (75 kq) və İslam Abbasov (85 kq) qızıl medala sahib olub. Günün yeganə bürünc medalını 130 kq çəki dərəcəsində yer alan Sabah Şəriəti qazanıb. O, 3-cü yer uğrunda görüşdə suriyalı Raja Alkradı 9:0 hesabı ilə yenib. 

Qeyd edək ki, il yarış günündə Orxan Nuriyev (98 kq) qızıl, Rafiq Hüseynov (80 kq) gümüş, Murad Məmmədov (59 kq) və Rəsul Çunayev (71 kq) bürünc medala yiyələnib.

*** 19:50 

Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən yunan-Roma güləşçisi İslam Abbasov qızıl medal qazanıb. "Report"un məlumatına görə, 85 kq çəki dərəcəsində çıxış edən Abbasov finalda türkiyəli Ali Cengizə qalib gəlib. 

Beləliklə, Azərbaycan yunan-Roma güləşçiləri İslamiadada 3-cü qızıl medala yiyələniblər. 

*** 19:05

Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən yunan-Roma güləşçisi Elvin Mürsəliyev qızıl medal qazanıb. "Report"un məlumatına görə, 75 kq çəki dərəcəsində çıxış edən Mürsəliyev finalda türkiyəli Furkan Bayrakı yenib - 1:0. 

*** 18:34

Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən yunan-Roma güləşçisi Kamran Məmmədov qızıl medal qazanıb. "Report"un məlumatına görə, 66 kq çəki dərəcəsində çıxış edən Məmmədov finalda qırğızıstanlı Kanat Kulıbayevi vaxtından əvvəl tam üstünlüklə yenib - 7:0. 

*** 11:57

Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən daha 4 yunan-Roma güləşçisi mübarizəyə başlayıb. "Report"un məlumatına görə, onlardan 2-si finala yüksəlib.

Kamran Məmmədov, İslam Abbasov və Elvin Mürsəliyev ilk 2 görüşdən qalib ayrılıblar. Sabah Şəriəti isə bürünc medal uğrunda güləşəcək.

Yunan-Roma güləşi

66 kq

Final. Kamran Məmmədov - Kanat Kyılıbayev (Qırğızıstan)

1/2 final. Kamran Məmmədov - Mirzobek Raxmatov (Özbəkistan) - 3:0

1/4 final. Kamran Məmmədov - Mehdi Zeydvand (İran) - 6:0

75 kq

Final. Elvin Mürsəliyev - Furkan Bayrak (Türkiyə)

1/2 final. Elvin Mürsəliyev - Kayratbek Tuqolbayev (Qırğızıstan) - 3:2

1/4 final. Elvin Mürsəliyev - Rəsul Qarmsiri (İran) - 6:1

85 kq

Final. İslam Abbasov - Ali Cengiz (Türkiyə)

1/2 final. İslam Abbasov - Azat Beyşebekov (Qırğızıstan) - 3:1

1/4 final. İslam Abbasov - Mahdi Fallah Hamidabadi (İran) - 2:1

130 kq

Bürünc medal görüşü: Sabah Şəriəti - Raja Alkrad (Suriya)

1/2 final. Sabah Şəriəti - Miminjon Abdullayev (Özbəkistan) - 0:4

1/4 final. Sabah Şəriəti - Musab Akram Xan (Pakistan) - 9:0 (vaxtından əvvəl tam üstünlüklə)

Heydər Əliyev adına Arena

Son xəbərlər

Orphus sistemi