İslamiada: Azərbaycan üzgüçüsü dördüncü dəfə qızıl medal qazanıb - YENİLƏNİB

İslamiada: Azərbaycan üzgüçüsü dördüncü dəfə qızıl medal qazanıb - YENİLƏNİB Şemberev bu dəfə 800 metr məsafəyə sərbəst üzmədə birinci olub
Fərdi
16 May , 2017 19:18
İslamiada: Azərbaycan üzgüçüsü dördüncü dəfə qızıl medal qazanıb - YENİLƏNİB

Bakı. 16 may. REPORT.AZ/ Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən Maksim Şemberev daha bir qızıl medal qazanıb.

"Report"un məlumatına görə, Şemberev 800 metr məsafəyə sərbəst üzmədə finişə 7 dəqiqə 54,34 saniyəyə birinci çatıb. 

*** 18:20

Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən Maksim Şemberev daha bir qızıl medal qazanıb. 

"Report"un məlumatına görə, Şemberev 400 metr məsafəyə 200 metr batterflyay (delfin) üsulu ilə üzmədə finişə 1 dəqiqə 57,72 saniyəyə birinci çatıb. Gümüş və bürünc medalları türkiyəli Kaan Özcan 1 dəqiqə 59,80 saniyə və Samet Alkan 2 dəqiqə 0,92 saniyə nəticə ilə əldə ediblər.

Qeyd edək ki, bu, Maksim Şemberevin İslamiadada 3-cü qızı medalı olub. 

Son xəbərlər

Orphus sistemi