İslamiada: Azərbaycan üzgüçüsü daha bir qızıl medal qazanıb

İslamiada: Azərbaycan üzgüçüsü daha bir qızıl medal qazanıb Maksim Şemberev bu dəfə 400 metr məsafəyə fərdi kompleks yarışının qalibi olub
Fərdi
15 May , 2017 18:24
İslamiada: Azərbaycan üzgüçüsü daha bir qızıl medal qazanıb

Bakı. 15 may. REPORT.AZ/ Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən üzgüçü Maksim Şemberev daha bir qızıl medal qazanıb. "Report"un məlumatına görə, Şemberev 400 metr məsafəyə fərdi kompleks yarışının qalibi olub.

O, finişə 4 dəqiqə 16,56 saniyəyə çatıb. Gümüş medalı 4 dəqiqə 24,32 saniyə nəticə ilə türkiyəli Batuhan Hakan, bürünc medalı isə 4 dəqiqə 24,93 saniyə göstərici ilə indoneziyalı Aflah Pravira əldə edib.

Qeyd edək ki, Maksim Şemberev 1500 metr məsafəyə sərbəst üzmədə də qızıl medal qazanıb. 

Son xəbərlər

Orphus sistemi