İslamiada: Azərbaycan boksçularının ilk rəqibləri müəyyənləşib

İslamiada: Azərbaycan boksçularının ilk rəqibləri müəyyənləşib İlk olaraq rinqə ikiqat dünya çempionu Məhəmmədrəsul Məcidov çıxacaq
Fərdi
11 May , 2017 16:43
İslamiada: Azərbaycan boksçularının ilk rəqibləri müəyyənləşib

Bakı. 11 may. REPORT.AZ/ "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçiriləcək boks yarışlarının püşkü atılıb. 

"Report"un məlumatına görə, 27 ölkənin qatılacağı turnirdə Azərbaycan millisinin üzvləri də rəqiblərini tanıyıblar.

Yığmanın heyətində ilk olaraq rinqə ikiqat dünya çempionu Məhəmmədrəsul Məcidov çıxacaq. O, yarışın açılış günü 1/4 finalda qüvvəsini sınayacaq.

“Bakı Kristal Zalı”nda keçiriləcək boks yarışları saat 12:00-da başlayacaq. Finallar isə mayın 18-də olacaq.

12 may

+91 kq. 1/4 final. Məhəmmədrəsul Məcidov – Nurlan Saparbay (Qazaxıstan)

13 may

52 kq. 1/8 final. Məsud Yusifzadə – Ömər Koç (Türkiyə)

75 kq. 1/8 final. Kamran Şahsuvarlı – Desmond Amsterdam (Qayana)

81 kq. 1/8 final. Rauf Rəhimov – Hafidz Adli Mohd (Malayziya)

14 may

60 kq. 1/4 final. Cavid Çələbiyev – Yoel Volliamson(Qayana) / Hakan Doğan (Türkiyə)

69 kq. 1/8 final. Tamerlan Abdullayev – Muhemmetmirat Sahedov (Türkmənistan)

91 kq. 1/4 final. Teymur Məmmədov – Sardorbek Beqaliyev (Özbəkistan)

15 may

49 kq. 1/4 final. Rüfət Hüseynov - Tolqahan Öztürk (Türkiyə) / Omid Əhmadisafa (İran)

56 kq. 1/4 final. Tayfur Əliyev – Taoufik Kaçfi (Mərakeş)

16 may

64 kq. 1/4 final. Elvin İsayev – Aliyor Noraliyov (Özbəkistan)

Son xəbərlər

Orphus sistemi