İranda keçirilən sərbəst güləş üzrə Dünya Kubokunda Azərbaycan bayrağına hörmətsizlik edilib - FOTO

İranda keçirilən sərbəst güləş üzrə Dünya Kubokunda Azərbaycan bayrağına hörmətsizlik edilib - FOTO Əlavə problem olmaması üçün hoteldən Azərbaycanın milli bayrağı gətirilib
Fərdi
16 Fevral , 2017 20:54
İranda keçirilən sərbəst güləş üzrə Dünya Kubokunda Azərbaycan bayrağına hörmətsizlik edilib - FOTO

Bakı. 16 fevral. REPORT.AZ/ İranda keçirilən sərbəst güləş üzrə Dünya Kubokunda Azərbaycan bayrağına hörmətsilik edilib.

Azərbaycan Güləş Federasiyasının (AGF) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, yarış təşkilatçılarının fikrincə, sanki bayraq bu cür olmalı imiş: "Güləşçilərimizi Rusiya ilə görüşə də bu şəkildə çıxarıblar. Lakin AGF rəsmiləri və baş məşqçi Firdovsi Umudovun etirazından sonra təşkilatçılar bu səhvi düzəldəcəklərinə və bayrağı dəyişəcəklərinə söz veriblər. Əlavə problem olmaması üçün hoteldən Azərbaycanın milli bayrağı gətirilib".

Son xəbərlər

Orphus sistemi