İran Güləş Federasiyası Azərbaycandan üzr istəyib

İran Güləş Federasiyası Azərbaycandan üzr istəyib Namiq Əliyev: "Bunu böyük problemə çevirməməliyik"
Fərdi
10 Mart , 2015 15:11
İran Güləş Federasiyası Azərbaycandan üzr istəyib

Bakı. 10 mart. REPORT.AZ/ İran Güləş Federasiyası Tehranda keçirilmiş yunan-Roma güləşi üzrə Dünya Kuboku qaliblərinin mükafatlandırma mərasimi zamanı Azərbaycan bayrağında 5 guşəli ulduzun təsvir olunması ilə əlaqədar üzr istəyib. 

"Report"un məlumatına görə, bu barədə Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyev jurnalistlərə açıqlamasında bildirib. 

N.Əliyev deyib ki, İran tərəfi məsələ ilə əlaqədar üzrxahlıq məktubu göndərib: "Federasiyanın prezidenti məktub yazmışdı. O, ilk növbədə bizi təbrik etdi, daha sonra üzrxahlığını bildirdi. Bunu böyük problemə çevirməməliyik".

Qeyd edək ki, Dünya Kubokunu Azərbaycanın yunan-Roma güləşi üzrə yığma komandası qazanıb. Bu münasibətlə himn səsləndirilərkən Azərbaycan bayrağındakı ulduz səkkiz yox, beşguşəli formada göstərilib. 

Son xəbərlər

Orphus sistemi