İran ağırlıq qaldıranı dünya rekordu müəyyənləşdirib

İran ağırlıq qaldıranı dünya rekordu müəyyənləşdirib 94 kq çəki dərəcəsində dünya rekordu müəyyən edərək çempion olub
Fərdi
4 Dekabr , 2017 10:23
İran ağırlıq qaldıranı dünya rekordu müəyyənləşdirib
EPA-EFE/MIKE NELSON

Bakı. 4 dekabr. REPORT.AZ/ İranlı ağırlıq qaldıran Söhrab Moradi ABŞ-ın Anahaym şəhərində keçirilən ağır atletika üzrə dünya çempionatında yarışdığı 94 kq çəki dərəcəsində dünya rekordu müəyyən edərək çempion olub.

"Report" TASS-a istinadən xəbər verir ki, iranlı idmançı birdən qaldırmada 184 kq, təkanla qaldırmada isə 233 kq çəkinin öhdəsindən gələrək ümumi hesabda 417 kq nəticə göstərib.

Həm birdən qaldırmada, həm də təkanla qaldırmada dünya rekordu müəyyənləşdirən S.Moradi ümumi hesabda öz rekordunu da yeniləyib.

İkinci yeri 388 kq (176 kq + 212 kq) nəticə ilə Litva idmançısı Aurimas Didzbalis, üçüncü yeri isə 385 kq (171 kq + 214 kq) göstərici ilə daha İran atleti Sidaub Mosavicarahi tutub.

Son xəbərlər

Orphus sistemi