İOC prezidenti Beynəlxalq Olimpiya günü münasibətilə Azərbaycana ismarıc göndərib

İOC prezidenti Beynəlxalq Olimpiya günü münasibətilə Azərbaycana ismarıc göndərib Tomas Bax: "Olimpiya Dəyərləri ilə insanları ruhlandırırsınız"
Fərdi
23 İyun , 2017 15:48
İOC prezidenti Beynəlxalq Olimpiya günü münasibətilə Azərbaycana ismarıc göndərib

Bakı. 23 iyun. REPORT.AZ/ "Hər ilin bu günü bütün dünyaya idman sevincini bölüşmək, idman növləri ilə məşğul olmaq və Olimpiya Dəyərləri ətrafında birləşməyə imkan verir. Beynəlxalq Olimpiya günü ilkin olaraq müasir Olimpiya Hərəkatının yaradılması şərəfinə 1948-ci ildə qeyd olunub. Bizim daim inkişafda olan cəmiyyətimizdə, Olimpiya Günü idmanın təbliği, sağlam və fəal həyat tərzini rəhbərlik etmək və stimullaşdırmaq üçün gözəl vasitədir".

"Repor"un məlumatına görə, bu fikirlər Beynəlxalq Olimpiya Komitəsinin (İOC) prezidenti Tomas Baxın 23 iyun - Beynəlxalq Olimpiya günü münasibətilə bütün Milli Olimpiya Komitələrinə (MOK), o cümlədən Azərbaycan MOK-una ünvanladığı ismarıcda yer alıb. 

Almaniyalı funksioner Olimpiya gününü dünyada təşviq edən bütün Milli Olimpiya Komitələrinə təşəkkürünü bildiririb: "Təşkil etdiyiniz bir çox tədbir vasitəsilə yaş, gender və ya qabiliyyətindən asılı olmayaraq insanları fəal olmağa cağırır, idman və onun dəyərlərini daşıyırsınız və bu Olimpiya Dəyərləri ilə insanları ruhlandırırsınız. İl boyu dünyanın hər yerində Olimpiya Günü ruhunu qoruduğunuza görə və insanlara idman sevincini gətirdiyiniz üçün təşəkkür edirəm".

Xatırladaq ki, Müasir Olimpiya Hərəkatı (Oyunları) 23 iyun 1894-cü ildə təsis olunub. Fransanın paytaxtı Parisdə toplaşan 12 ölkənin nümayəndə heyəti Pyer de Kubertenin Olimpiya Oyunlarını canlandırma təklifini dəstəkləməyə yekdilliklə səs verib. Hər ilin bu günü Beynəlxalq Olimpiya günü kimi qeyd olunur.

Son xəbərlər

Orphus sistemi