I MDB Oyunlarında ilk səsləndirilən himn Azərbaycanın olub

I MDB Oyunlarında ilk səsləndirilən himn Azərbaycanın olub Azərbaycanın yunan-Roma güləşçisi Nihad Quluzadə Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarının tarixinə düşüb.
Fərdi
314
3 Sentyabr , 2021 18:07
I MDB Oyunlarında ilk səsləndirilən himn Azərbaycanın olub
Nihad Quluzadə

Azərbaycanın yunan-Roma güləşçisi Nihad Quluzadə Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarının tarixinə düşüb.

"Report"un məlumatına görə, 55 kq çəki dərəcəsində mübarizə aparan güləşçi yarışda ilk qızıl medal qazanan idmançı olub.

Beləliklə, I MDB Oyunlarında ən birinci Azərbaycanın dövlət himni səsləndirilib.

Yarışda ilk qızıl medalı 82 kq-da rusiyalı Aues Qonibov qazansa da, bu çəki dərəcəsində idmançı sayı az olduğundan final görüşü keçirilməyib. 82 kq-da mükafatlandırılma mərasimi ardıcıllıq üzrə daha sonra olmalıdır.

Son xəbərlər

Orphus sistemi