"İlin qalibləri-2017" layihəsinin yekunlarına həsr olunmuş mükafatlandırma mərasiminin vaxtı açıqlanıb

"İlin qalibləri-2017" layihəsinin yekunlarına həsr olunmuş mükafatlandırma mərasiminin vaxtı açıqlanıb Tədbir "9 ilə 13" devizi altında təşkil olunacaq
Fərdi
12 Dekabr , 2017 16:11
İlin qalibləri-2017 layihəsinin yekunlarına həsr olunmuş mükafatlandırma mərasiminin vaxtı açıqlanıb

Bakı. 12 dekabr. REPORT.AZ/ İdman Araşdırmalar Mərkəzi "İlin qalibləri-2017" layihəsi çərçivəsində dekabrın 13-də Bakı Olimpiya Stadionunda mükafatlandırma mərasimi keçirəcək.

"Report"un məlumatına görə, saat 13:00-da başlanacaq mərasim "9 ilə 13" devizi altında təşkil olunacaq.

Tədbir zamanı "İlin idman xadimi", “İlin idmançısı”, “İlin əcnəbi idmançısı”, “İlin futbolçusu”, “İlin komandası” (futbol və digər növlər üzrə), “İlin məşqçisi” (digər növlər üzrə), “İlin idman yarışı” və “İlin idman jurnalisti” nominasiyaları və "İlin baş məşqçisi" (futbol üzrə) ali nominasiyalarında qaliblər mükafatlandırılacaq. Eyni zamanda İAM-ın xüsusi mükafatları təqdim olunacaq.

Qeyd edək ki, Ardıcıl 5-ci il baş tutacaq layihənin təşkilati dəstəkçisi Bakı Olimpiya Stadionu, informasiya dəstəkçisi “Report”, sponsorlar isə “Aloff Made in Azerbaijan” və TESS-dir.

Son xəbərlər

Orphus sistemi