Yuxarı
    Bağlamaq

    "İlin qalibləri-2016" layihəsində növbəti namizədlər açıqlanıb

    Bu dəfə 5 nominasiya üzrə daha 6 qalib müəyyənləşəcək

    Bakı. 13 dekabr. REPORT.AZ/ İdman Araşdırmalar Mərkəzi (İAM) "İlin qalibləri-2016" layihəsinin növbəti mərhələsinin icrasına başlayıb. 

    "Report" agentliyinin informasiya dəstəyi ilə həyata keçirilən layihənin bu mərhələsində 5 nominasiya üzrə daha 6 qalib müəyyənləşəcək.

    Bura "İlin yerli idmançısı", "İlin əcnəbi idmançısı", digər növlər üzrə "İlin baş məşqçisi", "İlin komandası" və "İlin mətbuat katibi", həmçinin "İlin idman jurnalist" nominasiyaları daxildir. Namizədlərin tam tərkibi bu gün taekvondo üzrə komandalararası dünya çempionatı yekunlaşdıqdan sonra müəyyənləşib.

    Sorğu Azərbaycanın müxtəlif KİV-lərində çalışan idman jurnalistləri arasında, hər bir KİV-dən bir jurnalist olmaqla, keçirilir. Bu zaman jurnalistlər təklif olunan namizədlərdən savayı şəxs və ya komandanı qalib kimi göstərə bilərlər. Yekunda ən çox səs toplayan namizəd qalib elan olunacaq və dekabrın sonlarında təntənəli mərasimdə mükafatlandırılacaq. Yalnız "İlin idman jurnalisti" nominasiyasında namizədlər göstərilməyib.

    Namizədlər aşağıdakılardır:

    İLİN İDMANÇISI

    Kamran Şahsuvarlı (boksçu) - 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gözlənilmədən bürünc medal qazandığı üçün;

    Lorenso Sotomayor Kollazo (boksçu) - Avropa olimpiya təsnifat turnirinin qalibi və 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının gümüş medalçısı olduğu üçün;

    Mariya Stadnik (qadın güləşçi) - Avropa çempionu və 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medalçı olduğu üçün;

    Radik İsayev (taekvondoçu) - 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Azərbaycana yeganə qızıl medalı qazandırdığı və ölkə yığmasının heyətində komandalararası dünya çempionatının qalibi olduğu üçün;

    Rafael Ağayev (karateçi) - Avropa və dünya çempionu olduğu üçün;

    Ramil Qasımov (cüdoçu) - 2016-cı il Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarında Azərbaycana yeganə qızıl medalı qazandırdığı üçün;

    Rüstəm Orucov (cüdoçu) - Avropa çempionu və 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medalçı olduğu üçün;

    Şəhriyar Məmmədyarov (şahmatçı) - Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "Shamkir Chess" turnirinin qalibi olduğu üçün;

    Valentin Demyanenko (kanoeçi) - Azərbaycana avarçəkmə növlərində ən yüksək əyarlı medalı qazandırdığı üçün;

    İLİN ƏCNƏBİ İDMANÇISI

    Ansi Aqolli ("Qarabağ" futbol klubu, Albaniya) - Klubunun Premyer Liqanın qızıl medallarını və Azərbaycan Kubokunu qazanmasında, Avropa Liqasının qrup mərhələsinə yüksəlməsində roluna və Azərbaycan klubunu 2016-cı il Avropa çempionatında təmsil edən yeganə legioner olduğuna görə;

    Baqali Dabo ("Qəbələ" idman klubu, Fransa) - Yayda transfer olunduğu klubunun heyətində Azərbaycan Premyer Liqasında mövsümün ilk yarısında bombardir və "Qəbələ"ni Avropa Liqasının qrup mərhələsinə çıxaran qolların müəllifi olduğu üçün;

    Dani Kintana "Qarabağ" futbol klubu, İspaniya) - Klubunun Premyer Liqanın qızıl medallarını və Azərbaycan Kubokunu qazanmasında, Avropa Liqasının qrup mərhələsinə yüksəlməsində roluna və çempionatın bombardiri olduğuna görə;

    Filip Ozobiç ("Qəbələ" idman klubu, Xorvatiya) - Klubunun heyətində sabit çıxışı və Avropa Liqasının qrup mərhələsinədək irəliləməsindəki xüsusi roluna görə;

    Malika Kanzonq ("Azəryol" / "Azərreyl" voleybol klubu, Tailand) - "Azəryol"un heyətində CEV Kubokunda "Dördlər finalı"nadək irəlilədiyi və Azərbaycan Super Liqasının simvolik komandasına düşdüyü üçün;

    Matey Müqerli ("Synergy Baku" velosiped klubu, Sloveniya) - Klubunun heyətində "Tour dAzerbaidjan"ın komanda yarışında qalibi olmasındakı xüsusi roluna görə;

    Riçard Almeyda ("Qarabağ") - Premyer Liqanın qızıl medallarını və Azərbaycan Kubokunu qazanmasında, Avropa Liqasının qrup mərhələsinə yüksəlməsində roluna görə və qrup mərhələsində sabit çıxışı ilə turun simvolik komandasına düşdüyü və qrup mərhələsində ən çox dəqiq ötürmə verən futbolçular siyahısında 3-cü yeri tutduğu üçün;

    İLİN KOMANDASI (digər növlər üzrə)

    Kişi cüdoçulardan ibarət Azərbaycan millisi komandası - tarixində ilk dəfə Avropa çempionatının bürünc medalını qazandığı üçün;

    Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası - Avropa Liqasının qalibi olaraq, Dünya Qran Prisinə vəsiqə qazandığı üçün;

    Kişi taekvondoçulardan ibarət Azərbaycan milli komandası - Ardıcıl ikinci il komandalararası dünya çempionatının qalibi olduğu üçün;

    Qadın voleybolçulardan ibarət "Azəryol" klubu - CEV Kubokunun "Dördlər finalı"na vəsiqə qazandığı üçün;

    "Synergy Baku" kontinental velosiped komandası - Tour dAzerbaidjan-2016" və "Tour de Croatia"nın qalibi olduğu üçün;

    Qadın şahmatçılardan ibarət Azərbaycan millisi - Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın 6 komandası arasında ən yüksək nəticəni göstərərək, 8-ci yeri tutduğu üçün;

    İLİN BAŞ MƏŞQÇİSİ (digər növlər üzrə)

    Faiq Qarayev (Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası) - Komanda ilə Avropa Liqasının qalibi olduğu üçün;

    Rəhman Hətəmov (karate kumite üzrə Azərbaycan milli komandası) - Yığma ilə Avropa və dünya çempionatları, eləcə də digər turnirlərdə medallar əldə etdiyi üçün;

    Reza Mehmandust (Kişi taekvondoçulardan ibarət Azərbaycan milli komandası) - 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Azərbaycana yeganə olimpiya çempionluğu, tarixdə ilk dəfə taekvondo üzrə 3 medal, eləcə də ardıcıl ikinci il komandalararası dünya çempionluğu qazandırdığı üçün;

    Peter Zayzenbaxer (Cüdo üzrə Azərbaycan milli komandası) - Yığma üzvlərinə Avropa çempionluğu, 2016-cı il Yay Olimpiya Oyunlarında 2 gümüş medal və tarixdə ilk dəfə komandalar arasında Avropa çempionatının bürünc medalını qazandırdığı üçün;

    Semyon Çterev (qadın güləşi üzrə Azərbaycan milli komandası) - Yığma üzvlərinə Avropa və dünya çempionatlarında, eləcə də 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında medallar qazandırdıqları üçün;

    İLİN MƏTBUAT KATİBİ (Digər növlər üzrə)

    Mayis Musayev - Azərbaycan Güləş Federasiyası;

    Nigar Arpadarai - "Bakı Şəhər Halqası" Əməliyyat Şirkəti;

    Samir Məhərrəmov - Azərbaycan Taekvondo Federasiyası;

    Səmayə Məmmədova - Gənclər və İdman Nazirliyi

    Sənan Məhərrəmov - Azərbaycan Karate Federasiyası

    Pərviz Musayev - Azərbaycan Velosiped İdmanı Federasiyası;

    İLİN İDMAN JURNALİSTİ

    Qeyd edək ki, "İlin idman xadimi", "İlin futbolçusu", Futbol üzrə "İlin baş məşqçisi", "İlin komandası" və "İlin mətbuat katibi" nominasiyalarında namizədlər dekabrın 9-da açıqlanıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi