İlham Zəkiyev Dünya Kubokunda bürünc medal qazanıb

İlham Zəkiyev Dünya Kubokunda bürünc medal qazanıb Bakı. 24 aprel. REPORT.AZ/ Azərbaycanın cüdo üzrə ikiqat paralimpiya çempionu İlham Zəkiyev Türkiyənin Antalya şəhərində Beynəlxalq Gözdən Əlillər İdman Federasiyasının təşkilatçılığı ilə keçirilən Dünya Kubokunda bürünc medal qazanıb.
Fərdi
24 Aprel , 2018 17:57
İlham Zəkiyev Dünya Kubokunda bürünc medal qazanıb

Bakı. 24 aprel. REPORT.AZ/ Azərbaycanın cüdo üzrə ikiqat paralimpiya çempionu İlham Zəkiyev Türkiyənin Antalya şəhərində Beynəlxalq Gözdən Əlillər İdman Federasiyasının təşkilatçılığı ilə keçirilən Dünya Kubokunda bürünc medal qazanıb.

“Report”un məlumatına görə, 38 yaşlı idmançı ilə yanaşı, Azərbaycanın daha 5 cüdoçusu fəxri kürsüyə yüksəlib.

Kişilərin yarışında Hüseyn Rəhimli (81 kq) qızıl, Orxan Qarayevlə (60 kq) Kənan Abdullaxanlı (90 kq) bürünc medala sahib olublar.

Qadınlarda isə Sevda Vəliyeva (52 kq) qızıl, Səbinə Abdullayeva (57 kq) isə bürünc medal əldə edib. 

Son xəbərlər

Orphus sistemi