Yuxarı
    Bağlamaq

    İlham Zəkiyev doğum günündə Milli Paralimpiya Komitəsinə vitse-prezident seçilib

    Hesabat-seçki yığıncağı keçirilib

    Bakı. 3 mart. REPORT.AZ/ Bu gün Milli Paralimpiya Komitəsinin (MPK) V hesabat-seçki yığıncağı keçirilib. MPK-nın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Milli Olimpiya Komitəsinin binasında keçirilmiş toplantıda MPK-nın 2013 - 2016-cı illər üzrə fəaliyyəti barədə hesabatı dinlənilib.

    Nəzarət təftiş Komissiyasının hesabatı müzakirə edilərək, Komitənin dördillik fəaliyyətinin qənaətbəxş edilməsi və MPK-nın "2020-ci ildə Yaponiyanın Tokio şəhərində keçiriləcək XVI Yay Paralimpiya Oyunlarına hazırlıqla əlaqədar 2017 - 2020-cı illər üçün Stratejı fəaliyyət Planı"nın təsdiq edilməsi barədə Qərarlar qəbul edilib.

    Sonra rəhbər orqanlara seçkilər keçirilib. İlqar Rəhimov yenidən Milli Paralimpiya Komitəsinin prezidenti, Natiq Qasımov I vitse-prezident, ikiqat paralimpiya çempionu İlham Zəkiyev doğum günündə ilk dəfə vitse-prezident, Şaiq Həmidov isə baş katib vəzifələrinə seçilib.

    İcraiyyə Komitəsinin tərkibi: İlqar Rəhimov (MPK prezidenti, sədr), Natiq Qasımov (I vitse-prezident, sədr müavini), 3. İlham Zəkiyev (vitse-prezident), Şaiq Həmidov (baş katib), Rauf Əliyev (millət vəkili), Sadıq Sadıqov ("Neftçi" idman klubunun icraçı direktoru), Aydın Məmmədov (Gənclər və İdman Nazirliyinin sektor müdiri), Səmyar Abdullayev (Gözdən Əlillər Cəmiyyətinin prezidenti), Mehman Kərimov (Milli Olimpiya Komitəsinin şöbə müdiri), Səlhət Abbasova (Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının məsul katibi), Yaşar Hacıyev (Sumqayıt Paralimpiya İdman Kompleksinin direktoru)

    Nəzarə-təftiş komissiyası: Nizami Ağayev (sədr), Zinyət Vəliyeva, Vüsalə Kərimova

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi