Bakı. 11 may. REPORT.AZ/ Bu gün Heydər Əliyev adına İdman Sarayında cüdo üzrə Azərbaycan milli komandasının təlim-məşq toplanışı keçirilib. Federasiyanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, toplanış millinin əvəzedici heyəti, yeniyetmə və gənc cüdoçular, həmçinin paralimpiyaçıların iştirakı ilə baş tutub.
Onların arasında ikiqat paralimpiya çempionu İlham Zəkiyev də olub. Məşqlərə millinin əsas üzvlərindən yalnız Orxan Səfərov qatılıb.
Qeyd edək ki, Azərbaycanın aparıcı cüdoçuları bu gecə Qazaxıstana yola düşəcəklər. Qran-priyə yollanmaları səbəbindən onlara istirahət verilib.








