İkiqat olimpiya çempionu karyerasını başa vurub

İkiqat olimpiya çempionu karyerasını başa vurub Yevgeni Plyuşenko səhhətindəki problemlər səbəbi ilə bu cür qərar verib
Fərdi
31 Mart , 2017 14:45
İkiqat olimpiya çempionu karyerasını başa vurub

Bakı. 31 mart. REPORT.AZ/ Fiqurlu konkisürmə üzrə ikiqat olimpiya çempionu Yevgeni Plyuşenko karyerasını başa vurduğunu açıqlayıb. 

"Report"un məlumatına görə, 35 yaşlı rusiyalı idmançı bu barədə "Matç TV"yə müsahibəsində bildirib.

Y.Plyuşenko bildirib ki, peşəkar karyerasını başa vurur və şəxsi akademiya açaraq məşqçi kimi fəaliyyət göstərəcək. O, səhhətindəki problemlər səbəbindənj bu cür qərar verdiyini və XXIII Qış Olimpiya Oyunlarına məqşçi kimi yollanmaq istədiyini söyləyib: "Onlarla məşğul olmalarımı istəyən gənc idmançılar var. Hazırda bütünlüklə məşqçi işi ilə məşğulam. İndiyə qədər 15 dəfə əməliyyat keçirmişəm və 5-ci dəfə olimpiadada çıxış etmək mənim üçün çətindir".

2014-cü ildə də karyerasını bitirdiyini açıqlayan, lakin sonradan fikrini dəyişən 35 yaşlı idmançı 2016-cı ilin dekabrında Rusiya milli komandasının 2018-ci il Qış Olimpiya Oyunları üçün nəzərdə tutulan geniş heyətinə düşə bilməyib.

XXIII Qış Olimpiya Oyunları 2018-ci il fevralın 9-dan 25-dək Cənubi Koreyada keçiriləcək.

Qeyd edək ki, 2006 və 2014-cü il Qış Olimpiya Oyunlarının qalibi olan Yevgeni Plyuşenko, 3 qat dünya və 7 qat Avropa çempionudur. O, 4 dəfə Qran-pri yarışlarında qızıl medal qazanıb.

Son xəbərlər

Orphus sistemi