AFFA rəsmisi 10 gün ərzində 2 beynəlxalq oyunda iştirak edəcək

AFFA rəsmisi 10 gün ərzində 2 beynəlxalq oyunda iştirak edəcək AFFA Hakimlər Komitəsinin sədri Fritz Ştuxlik növbəti təyinat alıb.
Fərdi
26 Sentyabr , 2019 15:05
AFFA rəsmisi 10 gün ərzində 2 beynəlxalq oyunda iştirak edəcək

AFFA Hakimlər Komitəsinin sədri Fritz Ştuxlik növbəti təyinat alıb.

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komitə sədri 21 yaşadək futbolçulardan ibarət Avropa çempionatının seçmə mərhələsində Belarus – Norveç oyununun hakim-inspektoru olacaq. 

Oktyabrın 11-də keçiriləcək qarşılaşma Belarusun Jodino şəhərindəki “Torpedo” stadionunda baş tutacaq. 

Qeyd edək ki, F.Ştuxlik daha öncə UEFA Avropa Liqasında C qrupunun II turunun “Trabzonspor” (Türkiyə) – “Bazel” (İsveçrə) matçında iş başında olacaq. Oyun oktyabrın 3-də Trabzon şəhərindəki Hüseyn Avni Aker stadionunda keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi