İƏT-ə üzv ölkələrin gənclər və idman nazirlərinin IV Sessiyası Bakıda keçiriləcək

İƏT-ə üzv ölkələrin gənclər və idman nazirlərinin IV Sessiyası Bakıda keçiriləcək Müvafiq qərar İstanbulda verilib
Fərdi
7 Oktyabr , 2016 16:09
İƏT-ə üzv ölkələrin gənclər və idman nazirlərinin IV Sessiyası Bakıda keçiriləcək

Bakı. 7 oktyabr. REPORT.AZ/ İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin gənclər və idman nazirlərinin IV Sessiyası Bakıda keçiriləcək.

"Report"un məlumatına görə, bu barədə İƏT-in rəsmi "Twitter" səhifəsində bildirilir.

Xəbərdə növbəti sessiyanın 2018-ci ilin mayında Bakıda təşkil olunacağı açıqlanıb. Müvafiq qərar hazırda Türkiyənin İstanbul şəhərində keçirilən III sessiyada verilib.

Qeyd edək ki, 2017-ci ilin mayında Azərbaycan paytaxtı IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək.  

Son xəbərlər

Orphus sistemi