İdmançılarımızın iştirak edəcəyi turnir yenə təxirə salındı

İdmançılarımızın iştirak edəcəyi turnir yenə təxirə salındı Rusiyanın paytaxtı Moskvada 16-18 apreldə keçirilməli olan taekvondo və parataekvondo üzrə Avropa Təsnifat Turniri koronavirusa görə təxirə salınıb.
Fərdi
180
13 Mart , 2020 19:35
İdmançılarımızın iştirak edəcəyi turnir yenə təxirə salındı

Rusiyanın paytaxtı Moskvada 16-18 apreldə keçirilməli olan taekvondo və parataekvondo üzrə Avropa Təsnifat Turniri koronavirusa görə təxirə salınıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya millisinin baş məşqçisi Vadim İvanov deyib.

Onun sözlərinə görə, hər iki yarış mayın ortalarında təşkil olunacaq.

Qeyd edək ki, Avropa Təsnifat Turniri daha əvvəl İtaliyanın Milan şəhərində keçirilməli olsa da, sonradan Avropa Taekvondo Birliyi yarışın Moskvaya salınmasına qərar vermişdi.

Xatırladaq ki, Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan turnirdə Azərbaycan idmançılarının da iştirakı nəzərdə tutulub. 

Son xəbərlər

Orphus sistemi