Türkiyənin əslən azərbaycanlı olimpiya çempionu karyerasını başa vurub

Türkiyənin əslən azərbaycanlı olimpiya çempionu karyerasını başa vurub Bakı. 20 yanvar. REPORT.AZ/ Türkiyə milli komandasının əslən azərbaycanlı taekvondoçusu Sərvət Təzəgül karyerasını başa vurub.
Fərdi
795
20 Yanvar , 2019 13:38
Türkiyənin əslən azərbaycanlı olimpiya çempionu karyerasını başa vurub

Bakı. 20 yanvar. REPORT.AZ/ Türkiyə milli komandasının əslən azərbaycanlı taekvondoçusu Sərvət Təzəgül karyerasını başa vurub.

"Report"un məlumatına görə, bu barədə 31 yaşlı idmançının özü "Anadolu" agentliyinə açıqlamasında bildirib.

O, gənclərə yol açmaq üçün bu addımı atdığını və fəaliyyətini Türkiyənin kişilərdən ibarət yığmasında davam etdirəcəyini söyləyib.

Sərvət Təzəgül 26 sentyabr 1988-ci ildə Almaniyanın Nürnberq şəhərində doğulub. O, Qars şəhərinin Arpaçay qəsəbəsindən Qərbi Almaniyaya köçən əslən azərbaycanlı ailənin övladıdır. 68 kq çəki dərəcəsində çıxış etmiş Təzəgül 2012-ci il London Yay Olimpiya Oyunlarında qızıl medal qazanaraq, Türkiyənin taekvondo növündə yeganə olimpiya çempionu kimi tarixə düşüb. O, həmçinin 2 dəfə dünya, 5 dəfə Avropa çempionu olub.

Son xəbərlər

Orphus sistemi