Yuxarı
    Bağlamaq

    Rusiyada idman məktəbində karate məşqçisi qətlə yetirilib

    Məktəbin keçmiş hakimi saxlanılıb

    Bakı. 1 dekabr. REPORT.AZ/ Rusiyanın Saratov şəhərindəki "Olimp-99" idman məktəbində cinayət hadisəsi baş verib. "Report"un məlumatına görə, məktəbdə karate üzrə məşqçi işləyən Əzəmət Normanov odlu silahla qətlə yetirilib.

    Hadisə münaqişə zəminində baş verib. Bir il öncə həmin məktəbdə hakim kimi çalışmış Rasim Kərimovla mərhum arasında münaqişə yaşanıb. Bundan sonra Kərimov məktəbdən uzaqlaşdırılıb. Onun 17 yaşlı qızı isə Normanovun rəhbərliyi altında məşqlərini davam etdirib.

    Polis tərəfindən saxlanılan Kərimovun sözlərinə görə, Normanov onun qızına qarşı qərəzli davranıb. Saxlanılanın bildirib ki, cinayət törətməsinə səbəb qızının evə gözü göyərmiş halda gəlməsi olub. Qızı bunun müəllimi tərəfindən edildiyini deyib. Kərimov isə Makarov tipli tapanca alaraq məktəbə gedib və məşqçiyə atəş açıb.

    Güllə yarası alan Normanov hadisə yerində keçinib. Onun qardaşı və başqa bir məşqçi yaralanıb. Faktla bağlı cinayət işi açılıb.

    Qeyd edək ki, Rasim Kərimovun milliyyətcə ləzgi olduğu bildirilir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi