İdman ictimaiyyətinin nümayəndələri Fəxri xiyabanı ziyarət ediblər

İdman ictimaiyyətinin nümayəndələri Fəxri xiyabanı ziyarət ediblər Martın 5-i, Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar idman ictimaiyyətinin nümayəndələri Fəxri xiyabanı ziyarət ediblər.
Fərdi
4 mart 2020 06:16
İdman ictimaiyyətinin nümayəndələri Fəxri xiyabanı ziyarət ediblər
Report

Martın 5-i, Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar idman ictimaiyyətinin nümayəndələri Fəxri xiyabanı ziyarət ediblər.

"Report"un məlumatına görə, Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, nazirliyin kollektivi, federasiyaların nümayəndələri və tanınmış idmançılar ümummilli lider Heydər Əliyevin xatirəsini yad edərək məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Qeyd edək ki, əlamətdar gün Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təltif olunma mərasimi ilə davam etdiriləcək. 

Son xəbərlər

Orphus sistemi