​İdman Dırmanması üzrə Açıq Respublika Çempionatı başa çatıb

​İdman Dırmanması üzrə Açıq Respublika Çempionatı başa çatıb Yarışda 32 idman klubunun 100-dən çox idmançısı iştirak edib
Fərdi
10 Noyabr , 2015 19:13
​İdman Dırmanması üzrə Açıq Respublika Çempionatı başa çatıb

Bakı. 10 noyabr. REPORT.AZ/ 7-8 noyabr 2015-ci il tarixlərində Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAIREX) təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə idman dırmanmasının boldrinq növü üzrə keçirilən Açıq Respublika Çempionatı başa çatıb. Bu barədə "Report"a federasiyadan məlumat verilib.

Azərbaycanın bölgələrini təmsil edən komandalar da daxil olmaqla 32 idman klubunun 100-dən çox idmançısının iştirak etdiyi çempionat oğlanlar və qızlar arasında 3 mərhələdə (təsnifat, yarımfinal, final) keçirilib. Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışın final mərhələsində idmançılar qarşılarına qoyduqları məqsədə müvəffəq olmaq üçün qızğın mübarizə aparıblar. Yarışın sonunda qaliblərə Azərbaycan Gənclər və İdman Nazirliyinin diplomları, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının medal, kubok və sertifikatları təqdim olunub.

İdmandırmanması üzrə AçıqRespublika Çempionatındakomandalararası yarışda ümuminəticələrə görə FAİREX-in “Qafqaz” komandası I, “Gömrükçü” komandası II, “Şəki A.M.A” komandası isə III yerə çıxıb.

Son xəbərlər

Orphus sistemi